PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide Yanukoviçin itirilmiş maşın kolleksiyası: Sabiq prezidentin bahalı zövqü - FOTOLAR - Unikal.org
17 Fevral 2019
Yanukoviçin itirilmiş maşın kolleksiyası: Sabiq prezidentin bahalı zövqü - FOTOLAR
Yanukoviçin itirilmiş maşın kolleksiyası:Sabiq prezidentin bahalı zövqü - FOTOLAR DÜNYA 05:46 2019-02-11

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkədən qaçanda onun Mejiqoryedəki iqamətgahında açıq gün elan olunmuşdu. Bununla prezidentin dəbdəbəli həyatını göstərmək istəyirdilər. Sonra “Avromaydan” iştirakçıları iqamətgahı ələ keçirdi və oranı korrupsiya muzeyi adlandırdı.
Unikal.org
xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” nəşri Yanukoviçin dəbdəbəli həyatı, avtomobil kolleksiyası haqda məqalə dərc edib. Jurnalist Herbi Şmidt tualetlərdə qızıldan kran, parçalarının qızılı bağları olan mebel, bütün otaqlarda bahalı əşyalar, özəl bərbər, massaj kabineti, kiçik kilsə, yaxta, tir, özəl heyvanxana, cıdır klubu, ovçuluq predmetləri haqda yazıb.
“Əsas binadan bir az aralı isə 70 avtomobildən ibarət kolleksiyanın yerləşdiyi zal görünür. Yanukoviçin tərk edilmiş qarajında xeyli sayda sovet avtomibilinə rast gəlmək mümkündür ki, aralarında lüks və dövlət maşınları da var. Ukrayna xalqı çətin ki, bu haqda nəsə bilirdi” – məqalədə deyilir.

Ən qədimlərindən biri “Moskviç-400” avtomobilidir. Bu maşın ötən sərin 40-cı illərində “Opel Kadett”in bazasında yaradılmışdı. Yanukoviçin kolleksiyasında “Pobeda”, “Zim”, “Çayka”, “Volqa” da xüsusi yer tutur.

Jurnalistin diqqətini “Zaporojets” də xüsusi çəkib. O, yazır ki, bu maşın “Cinquecento” və “Ceicento” markalarını çox xatırladır. Hər iki markanı məşhur FİAT istehsal edirdi.

Yanukoviçin kolleksiyasında müasir avtomobillər də az deyil. Amma “Chevrolet Impala”, “Rolls-Royce Silver Cloud” və “Mercedes SLS Roadster” onun oğluna məxsus idi.
Şmidt yazır ki, maşınları toz basıb, onlara yaxşı qulluq edilmir.


  • Yanukoviçin itirilmiş maşın kolleksiyası:Sabiq prezidentin bahalı zövqü - FOTOLAR
  • Yanukoviçin itirilmiş maşın kolleksiyası:Sabiq prezidentin bahalı zövqü - FOTOLAR
  • Yanukoviçin itirilmiş maşın kolleksiyası:Sabiq prezidentin bahalı zövqü - FOTOLAR