Konya şəhərinin Beyşehir mahalının tanınmış iş adamlarından biri evində ölü tapılıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada yaşayan iş adamı 63 yaşlı İbrahim Akgül  bir gün əvvəl Konyanın Beyşehir mahalındakı Yeşildağ Məhəlləsindəki evinə gəlib. 

Bir müddət İ.Akgüldən xəbər ala bilməyən qonşular onun evinə daxil olublar. Bu zaman onalr iş adamını yerə yıxılmış vəziyyətdə tapıblar. 
Qonşular təcili tibbi yardıma və polisə məlumat veriblər. 

Hadisə yerinə gələn səhiyyə işçiləri İ.Akgülün öldüyünü bildiriblər. Araşdırmalar zamanı onun dəm qazından öldüyü məlum olub.