Hacıqabulda Şirvan sakinindən narkotik aşkarlanaraq götürülüb. 

Bu barədə Unikal.org-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakini 47 yaşlı Dildar İsmayılov saxlanılıb. Onun üzrinə keçirilən baxış zamanı ümumi çəkisi 21,246 qram qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.