Rusiyada təşkil olunana “Avanqard Omsk”-“SKA Saint Petersburg” buz hokeyi klublarının qarşılaşmasına məşhur futbol mütəxəssisi Jose Mourinyo da qatılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunted”in keçmiş məşqçisi Mourinyo başlama atışı üçün yaışın baş tutduğu meydana çıxıb. 

Portuqaliyalı məşqçi meydanda qəza  keçirib. 56 yaşlı məşqçi buz meydanında xalça sərilmiş olmasıına baxmayaraq tarazlığını saxlaya bilməyib və yerə yıxılıb. 
 Mourinyonun  ciddi bir zədəsinin olmadığı deyilib. 

Məşhur futbol mütəxəssisin  özü bu durumu  gülərək qarşılayıb.