22 Avqust 2019
21 Avqust 2019
Elşən Qədirli qəbiristanlıqda GÜLLƏLƏNDİ
Elşən Qədirli qəbiristanlıqdaGÜLLƏLƏNDİ KRİMİNAL 15:55 2019-02-11

Siyəzən rayonunda qətl hadisəsi baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasiyəzən yaşayış massivində qeydə alınıb. 

Belə ki, Siyəzən rayon sakinləri - Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.