24 Aprel 2019
23 Aprel 2019
ATMU-nun tələbələri sertifikat aldılar
ATMU-nun tələbələri sertifikat aldılar CƏMİYYƏT 16:37 2019-02-11

Bolqarıstan Respublikasının Sviştov şəhərində Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı keçirilən Beynəlxalq tələbə inşa yazı müsabiqəsində Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi iştirak hüququ qazanıb. 

Unikal.org xəbər verir ki, Universitetin “Marketinq” kafedrasının müdiri,i.ü.f.d., dos.Elmira Qocayevanın bildirdiyinə görə   "Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” adlı beynəlxalq elmi-praktik konfransa göndərilən məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun  inkişaf modellərindən bəhs olunub.

Qeyd edilir ki, müəyyən dəyərlər, o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafında mühüm əhəmiyyətə malikdir.”Mən bir lider olsaydım...davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” elmi praktik konfransa təqdim olunan məqalələrdə konkret desək, rəhbərliyin məsuliyyətli inkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğun yeniliklər nəzərdə tutulur. 

İnşa yazı müsabiqəsinin yekun nəticələrinə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER Konfransının münsiflər heyəti tərəfindən sertifikatlarla mükafatlandırılıb, məqalələr CD disklərində buraxılıb.