Rusiya prezidentinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Rusiya XİN-dən məlumat veriblər. 

İ.Bratçikov Bakıda keçiriləcək Xəzərin hüquqi statusu barədə Konvensiyanın reallaşdırılması üzrə yüksək səviyyəli İşçi Qrupunun birinci iclasında iştirak edəcək. 

Qeyd edək ki, İşçi Qrupunun birinci iclası fevralın 19-20-də keçiriləcək.