"Porsche" şirkəti Rusiyada 1,2 mindən çox avtomobili geri çağırıb.

Unikal.org  xəbər verir ki, qərar avtomobillərdə proqram təminatındakı səhvlə bağlı sükan idarəetməsində qeydə alına biləcək mümkün qüsurlarla əlaqədardır.

Geri çağırılma 15 noyabr 2016-cı ildən 17 dekabr 2018-ci ilədək Rusiyada satılmış "Panamera" modellərinə şamil edilib.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.