Xəbər verdiyimiz kimi, bu gün İstanbulun Çəkməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb.

Unikal.org  xəbər verir ki, qəza nəticəsində dörd əsgər həlak olub.
İlkin ehtimala əsasən, helikopter Çəkməköy rayonuna təcili eniş etdiyi vaxt qəzaya düşüb.

Qəza anı yerli sakinlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb.