PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide Azərbaycanda 28 nəfər saxlanıldı - Unikal.org
18 Fevral 2019
17 Fevral 2019
Azərbaycanda 28 nəfər saxlanıldı
Azərbaycanda 28 nəfər saxlanıldı HADİSƏ 09:40 2019-02-12

Fevralın ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.