Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzillərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası cəlb olunub.Yanğın söndürülüb.

Hadisə zamanı mənzildə olan ev sakini, 1998-ci il təvəllüdlü Cəbrayılova Rahilə Bəhram qızı mənzildən çıxarılaraq qonşu evlərdən birinə yerləşdirilib. Həyəcan və stres keçirən xanıma təxliyyə edildiyi ünvanda hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən tibbi yardım göstərilib. Bundan sonra onun durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.