19 Aprel 2019
18 Aprel 2019
Yeni texnologiya plastik tullantıları neftə çevirəcək
Yeni texnologiya plastik tullantıları neftə çevirəcək DÜNYA 19:36 2019-02-12

ABŞ-ın Perdyu Universitetinin alimləri kimya professoru Linda Vanın rəhbərliyi altında ən müxtəlif məmulatların (butulka qapaqları, elmi alətlər) yaradılmasında istifadə edilən daha geniş yayılmış termoplastik tipi olan poliolefinin emalı texnologiyasını hazırlayıb.

Unikal.org xəbər verir ki, emal nəticəsində polimerlər, naftu (karbohidrogen qarışığı) və hər cür yanacaq növləri daxil olmaqla bir çox qiymətli məhsullar istehsal ediləcək.

L.Van və onun həmkarları “hidrotermal mayeləşdirmə” adlı texnologiyadan istifadə ediblər. Sözügedən texnologiya materialların yüksək təzyiq altında orta temperaturadək qızdırılmasını nəzərdə tutur, bu da onları bir çox qiymətli karbohidrogen birləşməsindən ibarət olan neftə çevirir.