Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyə Respublikasında keçirilən beynəlxalq “Qış təlimi - 2019” təlimində iştirak edirlər.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər. 

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.