Məşhur aktyor Erdoğan Sıcak müalicə olunduğu xəstəxanada vəfat edib.

Unikal.org  xəbər verir ki, aktyor uzun müddətdir koah xəstəliyi ilə mübarizə aparırdı. 79 yaşlı aktyorun ölüm xəbərini qızı Tutam Sıcak sosial şəbəkədə paylaşıb:

“Atam Erdoğan Sıcağı itirdik. Həftənin cümə axşamı dəfn edəcəyik. Ətraflı məlumat veriləcək”.

Erdoğan 1940-cı ilin 18 avqust tarixində Bakırköydə anadan olub. Liseydə təhsil aldığı illərdə səhnəyə atılıb. Jurnalistika təhsili aldığı dövrdə teatrla məşğul olmağa başlayıb. 1959-cu ildə Haldun Dormenin teatr məktəbində oxuyub.

Uzun illər teatrlarda aktyor və rejissor olub. Sonradan isə müxtəlif film və seriallara çəkilib.