Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiG-27 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi qəzanın planlaşdırılmış uçuş zamanı ölkənin şimalındakı Racastan əyalətində baş verdiyini açıqlayıb.

Məlumata görə, pilot katapultla xilas olub. Nazirliyin polkovniki Sombit Qoş bildirib ki, təhqiqat komissiyası hadisənin səbəblərini araşdırır