Fransada içərisində 3,5 milyon avro olan inkassator avtomobili yoxa çıxıb.

Unikal.org bildirir ki, avtomobildə olan iki xidmətçi pulları banka verib geri qayıdarkən avtomobili yerində görməyiblər.

Bir neçə saat sonra inkasator maşını tapılsa da, içərisindəki 3,5 milyon avro aparılıb.

Faktla bağlı araşdırma aparılır.