PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide “Unikal bir ictimai xidmət mərkəzinə çevirdilər” – Prezident gənclərdən danışdı - Unikal.org
18 Fevral 2019
17 Fevral 2019
“Unikal bir ictimai xidmət mərkəzinə çevirdilər” – Prezident gənclərdən danışdı
“Unikal bir ictimai xidmət mərkəzinə çevirdilər” –Prezident gənclərdən danışdı SİYASƏT 00:46 2019-02-13

“Əlbəttə ki, bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir. Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir. Siz "ASAN xidmət"i yada saldınız. "ASAN xidmət" əslində ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. "ASAN xidmət"in əhəmiyyətini bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə gətirib çıxardı”.
Unikal.org xəbər veirr ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib: "ASAN xidmət" mənim təşəbbüsümlə yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada çalışan gənclər "ASAN xidmət"i çox böyük dərəcədə inkişaf etdirdilər, zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə "ASAN xidmət"i doğrudan da unikal bir ictimai xidmət mərkəzinə çevirdilər. Hər bir yeni mərkəzə gedəndə, - mən 15 mərkəzin açılışının hər birində olmuşam, - görmüşəm ki, edilən təqdimatlarda hansısa bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada çalışan insanlar, - onların mütləq əksəriyyəti gənclərdir, - çox böyük həvəslə, böyük sevgi ilə bunu edirlər. Onlarda böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki, ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər ki, bu işlərə öz töhfələrini versinlər. Yəni, "ASAN xidmət" çox geniş və müsbət bir təşəbbüsün təzahürüdür. Orada işləyən gənclər bizim gələcəyimizdir. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır. Yəni, mənfi halların qarşısını almaq mümkündür. Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə tövsiyə etməmişdir. Qərar da bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır, gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları görürlər. Ona görə bu, ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır. Sirr deyildir ki, "ASAN xidmət"ə qədər bizim vətəndaşlar hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər. İndi biz bunu bacardıq, bu, artıq keçmişdə qaldı. "ASAN xidmət"də təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü insanlardır. Onların amalı vətəndaşlara xidmət etməkdir, özü də təmənnasız. Gələcəkdə bu könüllülər, - artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda işləyirlər, - vətəndaşlarla təmasda tam yeni bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər”.