PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide Qarabağda erməni əsgər ürək tutmasından öldü - Unikal.org
18 Fevral 2019
17 Fevral 2019
Qarabağda erməni əsgər ürək tutmasından öldü
Qarabağda erməni əsgər ürək tutmasından öldü HADİSƏ 01:01 2019-02-13

Dağlıq Qarabağda işğalçı ordunun hərbçisi, 19 yaşlı Frunzik Tamazyan Ağdərədə xəstəxanada ürəyin dayanmasından ölüb. 

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, qoşunların təmas xəttinin şimal-şərq istiqamətində hərbi hissələrdən birində müddətli hərbi xidmətdə olan əsgər çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ona “kəskin ürək çatışmazlığı” diaqnozu qoyublar.

“Həkimlərin səylərinə baxmayaraq, təxminən saat 20:30-da hərbçinin bioloji ölümü qeydə alınıb”, – məlumatda deyilir.

Hadisənin təfərrüatları araşırılır.