Şou-biznesin ən varlı müğənnilərindən hesab edilən Manaf Ağayev paytaxtın "28 May" metrostansiyasında görünüb.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, müğənnini görən sərnişinlər öncə gözlərinə inanmayıblar, sonra onunla şəkil çəkdirmək üçün növbəyə durmalı olublar. Bu olay səhər saatlarında platformada cüzi sıxlıqla müşahidə edilib.

Hətta, müğənnini toyuna dəvət etmək üçün metroda onun mobil nömrəsini alan sərnişinlərə də rast gəlinib.