Türkiyəli müğənni Hadise bir müddətdir münasibətlərinin korlandığı deyilən bacısı Derya Açıkgöz ilə birlikdə görüntülənib. Bacısı ilə Nişantaşı ərazisinə gələn Hadisenin sürücüsünə avtomobili düzgün olmayan yerdə park etdiyi üçün cərimələnib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bacıların günü gözəl başlasa da polisin Hadisənin avtomobilinə cərimə yazması onun kefini pozub.

Qeyd edək ki, Hadisənin anası Gülnihal Açıkgözün intihara cəhd etməsiylə çətin günləri başlamışdı. Bu səbəblə müğənninin bacıları ilə münasibəti korlanmışdı.