Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ÇPÇ) Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.