Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Beyləqana səfəri zamanı dövlət başçısına göstərilən səmimi qəbula görə Beyləqan sakinlərinə təşəkkürünü bildirib.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində yazılıb:

"İnsanların böyük sevgisi Prezidentimiz üçün ən yaxşı güc mənbəyidir! Bütün beyləqanlılara Prezidentə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirirəm!".