Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində layihə qalibi olan və təssərrüfata sahib işsiz vətəndaşlara ailəsini dolandırmaq üçün  heyvanlar verib. Amma bir çox rayonlarda bu proqramın icrasında xoşagəlməz hallara rast gəlinir və  Unikal.org sayıtına bununla bağlı çoxsaylı müraciətlər daxil olur. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev mətbuata açıqlama verib.

S.Babayev  "özünüməşğulluq proqramı"nın icrası çərçivəsində rayonlarda bu proqramın icrasında ciddi xoşagəlməz hallara rast gəlinmədiyini deyib:

“Ciddi problemlərin olması ilə bağlı deyilənlərlə razı deyiləm. Bu sahədə ciddi narazılıq yoxdur. Bugünədək iri və xırda buynuzlu 30 min baş heyvan paylanılıb. Proqramın icrası başlayan gündən bugündək gələn bütün müraciətlərin araşdırılması nəticəsində 1 faizdən aşağı heyvanlar dəyişdirilib.  Yəni 1 faizə görə, 99 faizə qarşı ciddi narazılıq demək yanlışlıqdır. İkincisi əksəriyyəti 2-3 ay sonra təqdim olunan müraciətlərdir. Bunların hər birinə dair məlumatları təqdim edirik. Bu vətəndaşlara heyvanlar təqdim ediləndə onlar öz imzası ilə təsdiq edir ki, keyfiyyətdən razıdır. Həmçinin müvafiq baytar arayışları təqdim edilir. Gələn bütün müraciətlərlə bağlı biz görütüləri də təqdim edirik. Bir şirkətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işi satınalma qanunvericiliyinə uyğun olaraq imzalayıb. Şirkətə ödənişlər vətəndaşların yalnız imzaladığı aktlar əsasında verilir". 

Nazir həmçinin heyvanları avadanlıq adlandıraraq qiymətini də açıqlayıb:

"Region üzrə heç bir halda 30 min baş heyvan eyni səviyyədə olan hansısa avadanlıq kimi, standarta uyğun verilə bilməz! Qiymətə gəldikdə isə ora doğru və düzgün məlumat verəsiniz. Heyvanlar indiyənə qədər, alınan heyvanların hər birindən aşağıdır. Nə üçün 5 min manat söhbəti deyilir? İmzalanmış müqavilə üzrə bütün vergilər, digər ödənişlər daxil olmaqla 1800 manatdan yuxarı deyil. Vergilər və digər ödənişlər çıxılanda təxminən 1300-1400 manata alınan heyvanlardır. İmzalanmış müqavilə də bu rəqəmlər üzərindədir. Heç bir podraçı şirkətə və ya digərinə yüksək rəqəm də ödənilməmişdir”. 

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub. "Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb".

S.Babayevin sözlərinə görə, həqiqətən də keyfiyyəti aşağı, o cümlədən olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh tədbirləri verilib. "Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub".