Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şəki regional şöbəsi Şəki şəhərində qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, reyd zamanı yükdaşıma, taksi fəaliyyəti, qeyri-qanuni sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib və onlar haqqında müvafiq tədbirlər görülüb.

Reydin keçirilməsinin əsas məqsədi qeyri-qanuni olaraq Bakı istiqamətində sərnişin daşıyan mikroavtobusların aşkarlanması və onların sürücüləri haqqında inzibati qaydada tədbirlərin görülməsi olub.

DANX-ın regional şöbəsinin baş mütəxəssizi Tural Əhmədovun "Report"a verdiyi məlumata görə, reyd zamanı 15 sürücü haqqında müvafiq tədbirlər görülüb, 4 mikroavtobus isə cərimə meydançasına aparılıb.