"Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılmnası ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq".

Unikal.org  report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsil alanın sosial müdafiəsini gücləndirəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1- dən təqaüdlər orta hesabla 20% -ə yaxın artacaq. 

Cənab Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1- dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırki 31 faizdən 45 faizə çatdırılacaq".