Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.

Unikal.org xəbər verir ki, bununla bağlı məsələyə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında baxılacaq. Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.