Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib. 

Unikal.org-un məlumatına görə, aktrisa bu haqda özü xəbər yayıb. O bildirib ki, vurdurduğu iynədən şoka düşüb:

"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".