Bu gün İspaniya La Liqasında 24-cü tura start veriləcək.

Unikal.org xəbər verir ki, turun oyunları dörd günü əhatə edəcək. İlk oyun günündə “Eybar” öz meydanıdna “Xetafe”ni qəbul edəcək.

“Barselona” “Valyadolid”lə, “Real” isə “Jirona”yla üz-üzə gələcək.

Turun maraqla gözlənilən qarşılaşmasında “Vilyarreal” “Sevilya”yla münasibətlərinə aydınlıq gətirəcək.

İspaniya La Liqası, 24-cü tur

15 fevral

00:00 Eybar – Xetafe

16 fevral

16:00 Selta – Levante
19:15 Rayo Valyekano – Atletiko
21:30 Real Sosyedad – Leqanes
23:45 Barselona – Valyadolid

17 fevral

15:00 Real – Jirona
19:15 Valensiya – Espanyol
21:30 Vilyarreal – Sevilya
23:45 Betis – Alaves

18 fevral

00:00 Atletik – Hueska

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.