Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov Ağdaş rayonunda görüşlərini davam etdirir. Növbəti görüş rayonunun Dəhnəxəlil kəndində yaşayan sakinlər ilə olub.

Unikal.org xəbər verir ki, görşü giriş nitqilə açan Cavid Osmanov son 15 il ərzində ölkədə görülən işlərdən, əldə olunan uğurlardan danışıb. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Keçən il iqtisadi inkişaf baxımından respublikamız üçün uğurlu bir il olmuşdur. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Görülən işlərin rayonumuzda da insanların gözü önündə baş verdiyini vurğulayan Cavid Osmanov Ağdaş rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə diqqət çəkdi. Millət vəkili bütün bunların cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsinin olmasını görüş iştirakçılarının diqqətinə çatdırdı. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artamsını, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər də xüsusilə qeyd olundu.
Millət vəkili Cavid Osmanov görüşdə həmçinin qeyd etdi ki, müstəqil Azərbaycanın uğurlu inkaişafını gözü götürməyən dairələr vardır ki, onlar da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Onlar bu çirkin işlərdə radikal müxalifət nümayəndələri və anti-milli mövqe tutmuş şəxslərdən bir alət olaraq istifadə edirlər. Həmin şəxslər sosial şəbəkələrdə  dövlət, xalq ümumilli mənafelərin əleyhinə çağırışlar edir, insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Lakin bu adamların yanıldığını və Azərbaycanın artıq güclü bir dövlət olduğunu, həmin qüvvələrə tutarlı cavablar verildiyini də  qeyd etdi.

Görüşdə çıxış edən kənd sakinləri Cəmaləddin Nəbiyev, İzafə Əliyarova, Məhbubə Əzizova və Əlican Mahmudov bildirdilər ki, Azərbaycan tarixində olamayan bir inkişaf dövrünü yaşayır və bütün bunlar cənab prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Sakinlər sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər.