Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib. 

Unikal.org xəbər verir ki, 130 sahibkarın iştirak etdiyi görüşdə Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin  inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.     

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.  

Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq.