Azərbaycan Boks Federasiyasının yeni milliləşdirdiyi kubalı Lorenberto Alfonso "5/5"də qonaq olub.

Unikal.org xəbər  verir ki, aparıcı Zaur Kamal təkidlə boksçudan onu vurmağını istəyib. Alfonso aparıcının təklifindən sonra ayağa qalxıb. Zaur idmançını "Vur görüm, haradan vurmaq fikrin var? sözləri ilə qıcıqlandırmağa başlayıb. Aparıcının sözlərini gülərək qarşılayan boksçu "Haradan vursam dözərsən?" deyib.

Zaur Kamal Alfonsoya "Elə vur ki, mən yıxılım burada. Gülür e... Sensasiya olacaq, bütün Azərbaycan səni tanıyacaq" ifadələri ilə canlı yayımda təzyiq etməyə başlayıb. 

Boksçu Zaurun ondan əl çəkmədiyini görüncə "Mən zərbələrimi ancaq rinqdə rəqiblərimə vururam" sözləri ilə bu dialoqa son qoyub.(milli.az)