Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib. 

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.