Müğənni Orhan Gencebay və həyat yoldaşı Sevim Emre "Donuz qripi"nə yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ikili xəstəxanaya yerləşdirilib.  O.Gencebay artıq xəstəxanadan çıxarılsa da, xanımı hələ də müalicə olunur. 

Müğənni xəstəliyi barədə açıqlamasında bu sözləri deyib:

"Bizlərin xəstələnib müalicə olmağımz vacib deyil. Allahın köməyi ilə öhdəsindən gələrik. Əsas odur ki, sevənlərimizə heç nə olmasın. Hazırda yaxşıyam".