Türkiyənin teatr aktrisası Semahat Dede dünyasını dəyişib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun yaxınlarından biri məlumat verib. 

Xəbərə görə, aktrisa mədə xərçəngindən əziyyət çəkirdi.

Bunun üçün də S.Dede bir müddətdir xəstəxanada müalicə alırdı. 

Qeyd edək ki, onun 48 yaşı var idi.