Ər əvvəl arvadını, sonra isə özünü öldürdü.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə paytaxt Ankaranın Keçiörən rayonunda baş verib.  Məlumata görə, həyat yoldaşından şiddət görən 37 yaşlı Aytən B. adlı qadın sığınacağa yerləşdirlib. O, sığınacaqdan evə gələrək paltarlarını götürmək istəyib. Qanlı  olay elə bundan sonra baş verib. Belə ki,  Aytənin 45 yaşlı həyat yoldaşı İdris B. uşaqlarının gözü qarşısında onu gülləyərək öldürüb. Daha sonra isə özü də intihar edib.

Qeyd edək ki, cütlüyün dörd övladı var idi.

Hadisə ilə bağlı araşdırma aparılır.