"Xaricdə Azərbaycan əlehinə təbliğat aparan şəxslərə hakimiyyətin tövbə qapısı açıqdır".

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib:

O, bildirib ki, ölkə prezidenti İlham Əliyev səhv edən siyasətçiləri və vətəndaşları bağışlayıb:

"Unikal.org vasitəsilə xaricdəki azərbaycanlılara səslənirəm. Xaricdə ölkəmiz və hakimiyyətimiz əleyhinə təbliğat aparmayın. Ölkəmizə qayıdın. Xarici lobbilərin pullarına aldanmayın. Ölkəmizi sevin və gəlin dövlətimizin inkişafı naminə cənab prezidentə dəstək verək. Cənab prezident İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva daim səhv edən şəxsləri əfv edib. Hər bir azərbaycanlı bu cür xoş addımları dəyərləndirməyi bacarmalıdır".

Orxan Həsənli