2019-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə ilk dəfə qar yağır.

Unikal.org xəbər verir ki, qar yağışı səhər saatlarından başlayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0 dərəcəyə yaxınlaşacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək,  nisbi rütubət 80-90 faiz təşkil edəcək.