Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq Bakıda qar və sulu-qar yağması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti gücləndirilmiş iş rejiminə keçib. 

Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat katibi İsrafil Kərimov Unikal.org-a açıqlamasında bildirib ki, yolların qar və buzdan təmizlənməsi üçün istifadə olunacaq  texnika və mexanizmləri hazır vəziyyətə gətirilib:

"Paytaxtın 12 rayonunda təhkim hissələr tətbiq edilir. 50-yə yaxın texnikanı hazır vəziyyətə gətirib. 24 saatlıq növbətçilik rejimi tətbiq olunur. Artıq maşınlara duz və qum yüklənilib. Gecə saatlarından həmin maşınlar paytaxt yollarında dayanıb. Əgər yollar buz bağlasa, həmin andan yollara duz və qum səpiləcək, texnikalar vasitəsi ilə yollardan qar təmizlənəcək.

Famil Fərhdaoğlu