İsrailin baş naziri Benyamin Netanyahu fevralın 21-də Moskvaya işçi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Bu haqda Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir.

Kremlin yaydığı məlumatda bildirilib ki, görüş zamanı ikitərəfli aktual məsələlər müzakirə ediləcək.

Həmçinin Fələstin-İsrail problemi və Suriyada vəziyyət də daxil olmaqla Yaxın Şərqdəki mövcud durumla bağlı fikir mübadiləsi aparılacaq.