Kanadanın Qalifaks şəhərində evdə baş vermiş yanğın nəticəsində 7 uşaq ölüb.

Unikal.org xəbər verir ki, bu barədə şəhərin rəsmi saytı məlumat yayıb.

"Qalifaksda evdə yanğın zamanı 7 uşaq həyatını itirib. Onların hamısı bir ailədən olub", - deyə məlumatda bildirilir.

Həmçinin məlumdur ki, kişi və qadın xəstəxanaya çatdırılıb. Şəhərin cənubunda yanğın barədə məlumat səhər tezdən daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gələn kimi, yanğını söndürməyə müvəffəq olublar.