Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən qəsəbələrdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Bu barədə Unikal.org-a “Aqrolizinq” ASC-dən bildirilib.

Məlumata görə, əyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, azot gübrəsi əldə edə biləcəklər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəki və Oğuz rayonlarından start verilib.

Mövsüm başa çatmamış əhalinin azot gübrəsi ilə təmin olunması ilə əlaqədar, ilk səyyar satışlar fevral ayının 22-də Şəkinin Aşağı Göynük, fevral ayının 23-də isə Oğuz rayonun Xaçmaz kəndində həyata keçiriləcəkdir. Adları qeyd edilən bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana biləcəklər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün:

Şəki rayonu üzrə +99455 781 55 88 (Nürəddin İbrahimov Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun müavini),

Oğuz rayonu üzrə +99470 223 75 28 (Azad Əliyev Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrələri ilə əlaqə saxlaya bilərlər.