Sumqayıtda marşrut avtobusunun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən 6 nəfəri reanimasiyaya yerləşdirilib.

Bunu Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. Onun sözlərinə görə, yaralılardan biri əməliyyat otağına götürülüb:

"Yaralıların biri isə hamilə qadındır. Ölən yoxdur, amma vəziyyəti ağır olanlar var".

Qeyd edək ki,Sumqayıtda Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Avtobusda olan sərnişinlərdən 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.