24 May 2019
Rusiyanı təşvişə salan silah - VİDEO
Rusiyanı təşvişə salan silah -VİDEO DÜNYA 00:46 2019-02-22

İsrailin IAI (Israel Aerospace Industries) konserni fevralın 20-dən 24-dək Hindistanda keçirilən "Aero India” müdafiə sərgisində "Mini Harpy” dron-kamikadzeni təqdim edib. 

Unikalş musavat.com-a istinadən xəbər verir ki, şirkətin Yutubda yerləşdirdiyi videoçarxda kamikadzenin döyüş imkanları göstərilib.

Döyüş sursatının hədəflərdən biri isə Rusiyanın S-300 və S-400 zenit-raket komplekslərinə daxil olan və MZKT-7930-un şassisi üzərində qurulmuş 96L6E yüksəklikli detektorun radarına bənzəyir.

Şirkətin saytında dərc edilmiş press-relizdə qeyd edilir ki, "Mini Harpy” taktik sistemi "Harop” və "Harpy” pilotsuz təyyarələrinin imkanlarını birləşdirir. Dron-kamikadze hədəfin meydana çıxmasını gözləyərək patrul keşiyi çəkməyə və görüntüləri video operatora translyasiya etməyə qadirdir. Pilotsuz təyyarə yerüstü və dəniz mövqelərdən, həmçinin vertolyotlardan işə salınır.

Bir "Mini Harpy” 45 kiloqram təşkil edir, döyüş hissəsi 8 kiloqramdır, dronun uçuş məsafəsi isə operatordan yüz kilometrə qədər, müddət isə iki saata qədər təşkil edir.