Fransa millisinin və “Barselona”nın keçmiş futbolçusu Lilian Türamın oğlu Kepren Türam-Ulien üçün İngiltərə klublarının transfer yarışı başlayıb.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda “Monako”nun B komandasının şərəfini qoruyan 17 yaşlı futbolçu, “Liverpul”un və “Çelsi”nin maraq dairəsindədir.

Fransalı futbolçu bu mövsüm iştirak etdiyi 8 oyunda 1 qolla yadda qalıb.