20 May 2019
19 May 2019
Almaniyada bütün cüdoçularımız məğlub oldu
Almaniyada  bütün cüdoçularımız məğlub oldu İDMAN 14:43 2019-02-22

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilir.   

Unikal.org-un məlumatına görə, yarışda ölkəmizi 10 kişi və 5 xanım idmançı təmsil edir. Kişilərin 60 kq çəki dərəcəsində təmsilçimiz Davud Məmmədsoy Honq-Konqdan olan Martin Lau ilə üz-üzə gələcək. 

66 kq-da Nicat Şixəlizadə ilk görüşündə bolqarıstanlı Temelkova qalib gəlib. Lakin o, ikinci mərhələdə Cənubi Koreya təmsilçisi Ham Jonq Jinə uduzub. Orxan Səfərov isə Portuqaliya idmançısı Joao Krisostomona qalib gəlsə də, israilli Tal Filkerə məğlub olub. Qadın cüdoçularımızın fiaskosu isə “Böyük dəbilqə”də də davam edir. 48 kq çəkidə Aişə Qurbanlı braziliyalı Natalia Briqidaya ilk görüşdə uduzub. Leyla Əliyeva serb Miliça Nikoliçlə bacarmayıb. 

52 kq-da Gültac Məmmədəliyev rusiyalı Alisa Kuznetsovanı üstələyə bilməyib. 

57 kq-da milliləşdirilmiş İçikorlo Munxtsedev braziliyalı Rafael Silvadan güclü olmağa çalışacaq.