“Mançester Yunayted”in hücumçusu Antoni Marsial, hamilə sevgilisinə xəyanət etdiyi üçün üzr istəyib.

Unikal.org xarici mətbuata istinadən  xəbər verir ki, Marsial, İngiltərə mətbuatına açıqlamasında məsələ ilə bağlı danışıb:

“Son aylarda etdiklərimə görə, özümə zərər verdiyim üçün xüsusilə, nişanlımdan və ailəmdən üzr istəyirəm. Səhv etdim və məyusam. Ancaq söz verirəm ki, belə şey bir də təkrarlanmayacaq”.

Bir müddət əvvəl “The Sun” nəşri Marsialın hamilə sevgilisi ola-ola, Parisdə gecə klubunda Malika Semiçi adlı qızla tanış olaraq, onunla intim mesajlaşmalarının olduğunu iddia edib. 20 yaşlı model “The Sun”a açıqlamasında, Marsialın onunla danışdığını doğrulayıb:

“Əvvəlcə necə olduğumu soruşurdu və axmaq şəkillər göndərirdi. Daha sonra artıq şəxsi şeylər soruşmağa başladı. Hamilə sevgilisi olduğunu bilirdim, ancaq bunu ağlımdan çıxarmaq istəyirdim.

Bir dəfə mənə üçlü münasibət təklif etdi, ancaq bunu rədd etdim. Çünki belə bir şey etmərəm. Bunların nə qədər səhv olduğunu bilsəm də, bu vəziyyət xoşuma gəlirdi, Marsialı bəyənirdim. Şərtlər başqa olsaydı, münasibətimizi davam etdirərdim”.