Daxili İşlər Nazirliyi meyit tapılması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, M.Muxtarov küçəsində 45-50 yaşlarında, üzərində heç bir zorakılıq əlaməti olmayan naməlum kişi meyiti aşkar edilib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.