Türkiyədə orduda xidmət göstərən yüksək rütbəli zabitlərin də olduğu 295 nəfər hərbçi saxlanılıb. 
Unikal.org xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun müvaffiq hüquq mühafizə orqanları ilə birgə apardığı istintaq zamanı  2 polkovnik, 1 podpolkovnik, 8 mayor, 10 kapitan, 73 baş leytenant və 8 leytenant olduğu ümumilikdə 295 hərbçinin Fətullahçı Terror Təşkilatı (FETO) əlaqələrinin olduğu təsdiqlənib. 
Məhkəmə 295 hərbçinin saxlanılması ilə bağlı qərar verib.