Abşeron rayonunda 5 nəfər arasında düşən dava zamanı 1 nəfər bıçaqlanıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən "Abşeron gənclər şəhərciyində" baş verib.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Paşayev Rəşad Əli oğlu bərbərxanada tanımadığı şəxslə mübahisə edib. Bundan sonra R.Paşayev çölə çağırılaraq daha 4 nəfər ilə əlbəyaxa dava edib. Dava zamanı onun bədənin müxtəlif nahiyyələrinə 2 bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Həkimlərin ONA-ya verdiyi məlumata görə, R.Paşayev cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.