Bu gün xalq təqviminə əsasən Novruz bayramının ilk çərşənbəsi – su çərşənbəsidir.

Unikal.org-un xəbərinə görə, İnanca əsasən, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. 

Qeyd edək ki, ardıcıl olaraq od çərşənbəsi martın 5-də, yel çərşənbəsi martın 12-də olacaq. İlaxır, yəni torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Azərbaycana bu il yaz fəsli martın 21-də, saat 01.58-də daxil olacaq.